Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Qurban bayramı ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın dörd bir yanında qeyd edilir

Bu gün Qurban bayramı ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın dörd bir yanında qeyd edilir


"Əsrlərə bağlı olaraq dinimizin müqəddəs bayramlarından sayılan Qurban bayramı son 5 ilə yaxın müddətdə daha içdən, daha coşqulu və böyük ruh yüksəkliyi ilə qeyd edilir. Artıq 5 ilə yaxındır ki, "növbəti Qurban bayramını Şuşada, Laçında, Kəlbəcərrdə qeyd edək" deyə arzu bildirmir, dualar etmirik. Çünki artıq həmin arzu və dualarımız reallaşıb. 5 ilə yaxındır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qurban bayramı məhz arzu etdiyimiz məkanlarda, Şuşada, Laçında, Kəlbəcər, Ağdamda, bir sözlə azad Qarabağda qeyd edilir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, bu gün Qurban bayramı suverenlik və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın dörd bir yanında qeyd edilir, respublikamızın hər bir güşəsində qurbanlar kəsilir, dualar edilir:

"Bu müqəddəs bayramda ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətləri olan şəhidlərimiz, onların ailə üzvləri, qazilərimizi yad edir, onlara yüksək sevgi və ehtiramımızı bildiririk. Azərbaycan başda Ali Baş Komandan İlham Əliyev olmaqla bundan sonra daha neçə-neçə bayramları uğur və nailiyyətlərlə qeyd edəcək".

İlham Məmmədov, "Cənab Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xalqını müqəddəs bayram münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş