Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüb

AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüb


Newscenter.az.17.12.2018
. Dekabrın 15-də Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Şəki şəhər Heydər Əliyev Mərkəzinin inzibati binasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda və yerli struktur bölmələrdə işlə təmin olunmaq üçün müraciət edən vətədaşlarla görüşüb. Agentlikdən Newscenter.az-a bildirilib ki, gGörüşdə Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından Azərbaycan Qida Təhlükəsizliyi İnstitututunda işləmək üçün müraciət edən iddiaçılar iştirak edib.

Əvvəlcədən elan olunmuş ixtisas istiqamətləri üzrə müraciət edən vətəndaşlarla görüşən Agentliyin sədr müavini Balarəhim Quliyev iş üçün müraciət edən iddiaçıları dinləyib, onların peşəkarlıq səviyyəsi ilə tanış olub. İşlə təmin olunmaq istəyən vətəndaşların müraciətləri qeydiyyata alınıb və vakant vəzifələrə uyğun olan iddiaçılarla bağlı aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib.

Görüşdə vətəndaşlara dövlət başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamlar haqqında məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, səfər çərçivəsində Agentliyin sədr müavini tikintisi davam edən Şəki Regional Sınaq Laboratoriyasında görülən işlərlə tanış olub.
Orxan
Xəbəri paylaş