Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gədəbəyin səkkiz yaşayış məntəqəsinə təbii qaz verilib

Gədəbəyin səkkiz yaşayış məntəqəsinə təbii qaz verilib


Newscenter.az.19.12.2018. Gədəbəy rayonunun Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərinə təbii qaz verilib.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, Bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 720 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 64 min 451 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Xəbəri paylaş