Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllim və valideynlərlə görüş keçiriləcək

Müəllim və valideynlərlə görüş keçiriləcək


Newscenter.az.19.12.2018. Dekabrın 21-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olan məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı Məktəb-Lisey Kompleksində (Ünvan: F.Xoyski küçəsi 78) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.
R.Mehdiyeva
Xəbəri paylaş