Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADA Universitetində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib

 ADA Universitetində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib


Newscenter.az.24.12.2018. ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tematik bal keçirilib. Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzi (World Wide Diplomacy - WWD) tərəfindən təşkil olunan gecənin iştirakçıları Bakı Avropa Liseyinin və Müasir Təhsil Kompleksinin II-VI sinif şagirdləri olublar.

Universitetin prorektoru Fariz İsmayılzadə iştirakçıları və qonaqları salamlayıb.

Məktəblilər bayramda qədim dövrlərdən 1918-ci ilədək dünya diplomatiya tarixinə həsr olunmuş ədəbi-musiqili perfomans nümayiş etdiriblər. Tamaşada Misirin Amarna şəhərində tapılmış qədim diplomatiya arxivindən tutmuş Paris Sülh Konfransınadək sənədli materiallardan istifadə edilib.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış balın orijinal formatı, tarixi geyimlərdən istifadə olunması, pavana, menuet və digər orta əsr rəqsləri tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib.
Tədbirdə əsas diqqət Paris Sülh Konfransının iştirakçılarına həsr edilmiş mini tamaşaya ayrılıb. Tamaşanın hazırlanmasında Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” sənədli filminin materiallarından istifadə edilib
R.Mehdiyeva
Xəbəri paylaş