Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşkəs rejimi 28 dəfə pozulub

Atəşkəs rejimi 28 dəfə pozulub


Newscenter.az.28.12.2018. Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbəri paylaş