Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 103741 zəng daxil olub

 Keçən il Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 103741 zəng daxil olub


Newscenter.az.7.01.2019. 2018-ci il ərzində Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 103741 zəng daxil olub. Newscenter.az xəbər verir ki, onlardan 93224-ü Azərbaycan, 9775-i rus, 742-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 6415-i daimi yaşama icazəsi, 19744-ü müvəqqəti yaşama icazəsi, 10843-ü olduğu yer üzrə qeydiyyat, 10670-i vətəndaşlıq məsələləri, 4869-u iş icazələri, 4339-u inzibati xəta, 46861-i isə digər məsələlər ilə əlaqədar olub. İl ərzində Dövlət Miqrasiya Xidmətinə 1704 zəng sifarişi daxil olub. Daxil olmuş zəng sifarışləri ilə əks əlaqə yaradılıb və qanunvericiliyə müvafiq qaydada suallar cavablandırılıb.
Xəbəri paylaş