Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaşlar miqrasiya sahəsində maarifləndirilir

 Vətəndaşlar miqrasiya sahəsində maarifləndirilir


Newscenter.az.25.01.2019. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qusar rayonunda miqrasiya qanunvericiliyinin təbliği və “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində mirasiya bölməsinin fəaliyyəti barədə maarifləndirmə tədbiri keçirilib.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, tədbirdə Rusiya Federasiyası ilə həmsərhəd kəndlərin icra nümayəndələri, bələdiyyələr, həmin kəndlərin ictimai aktiv sakinləri və əcnəbi vətəndaşlardan ibarət 60 nəfər iştirak edib.

Maarifləndirmə tədbirində Xaçmaz regional miqrasiya idarənin rəis müavini və İdarənin bölmə rəisi miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər və “Samur” dövlət sərhəd buraxılış məntəqəsində göstərilən xidmətlər barədə iştirakçıları məlumatlandırıblar. Sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edilən tədbirdən sonra Azərbaycan ilə Rusiya Federasiyasının sərhəddində yerləşən Zuxul, Xanoba və Şirvanlı gömrük-keçid məntəqələrində görüşlər keçirilib, “Samur” dövlət sərhəd buraxılış məntəqəsində fəaliyyətə başlamış miqrasiya bölməsi haqqında ətraflı məlumat verilib.
Xəbəri paylaş