Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

11,2 milyard kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib

11,2 milyard kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib


Newscenter.az.29.01.2019. Keçən il SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı1 Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib.

Newscenter.az xəbər verir ki, birbaşa SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89%-ə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək, daxili tələbat tam ödənilmiş, qalan 2 milyard kubmetrə yaxın 11qaz həcmi qaz anbarlarına vurulub, 1,42 milyard kubmetr təbii qaz12 isə birbaşa SOCAR tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib.

Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 mlrd. kubmetr13 təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə 11%14 çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 milyard, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii qaz15 ixrac olunub.

Xəbəri paylaş