Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA və FAO əməkdaşları arasında işgüzar görüş keçirilib

AQTA və FAO əməkdaşları arasında işgüzar görüş keçirilib


Newscenter.az.4.02.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə layihəsi çərçivəsində “Agentlikdə institusional islahatlar və idarəetməyə dair texniki dəstək” və “Qida təhlükəsizliyi üzrə beynəlxalq nəzarət yoxlamaları” sahəsində işgüzar görüş keçirilib.

Newscenter.az-a AQTA-dan bildirilib ki, görüşlərdə ölkəmizdə beynəlxalq nəzarət sisteminin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. İştirakçılar milli qida təhlükəsizliyi sisteminin qurulması və elementlərin təhlilinə müasir yanaşmalar, dövlət nəzarəti, özəl sektorun məsuliyyəti, istehlakçı maraqları ilə bağlı müzakirələr aparıblar.

Agentlik sədrinin müşaviri Elxan Mikayılov bildirib ki, layihə çərçivəsində qida təhlükəsizliyinə dair qanunvericiliyin ilkin variantı nəzərdən keçiriləcək və əsas qanunvericilik qaydaları hazırlanacaq.
Həmçinin görüşdə risk əsaslı yanaşma və onun dövlət nəzarəti yoxlamalarında tətbiqi ilə bağlı beynəlxalq ekspetlərin fikirləri dinlənilib.
Xəbəri paylaş