Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Psixoloji Xidmət və Tədqiqatlar” İB-nin könüllüləri “Huner Group”a ekskursiya ediblər

“Psixoloji Xidmət və Tədqiqatlar” İB-nin könüllüləri “Huner Group”a ekskursiya ediblər


Newscenter.az.4.02.2019. “Nəsimi” ili çərçivəsində Gənclər günü ərəfəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, “Psixoloji Xidmət və Tədqiqatlar” İB-nin birgə təşkilatçılığı ilə Mərkəzin könüllülərinin “Huner Group”a ekskursiyası təşkil olunubdur.

Newscenter.az xəbər verir ki, gəncləri “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov müşayiət edibdir.

Nümayəndə heyətini “Huner Group”un inzibati binasında qurumun Marketinq şöbəsinin rəhbəri Nəsimi Paşayev qarşılayaraq ətraflı məlumat verib. Daha sonra gənclərin analoqu olmayan binada ekskursiyasını təşkil edilib. Gənclər işçilərin iş şərait və asudə vaxtlarını keçirdiyi məkanlarla yaxından tanış olduqdan sonra onlara şirkətin “Cinema” klubunda Azərbaycanın dahi mütəfəkkiri İ.Nəsimiyə həsr olunmuş eyniadlı filmi nümayiş edilib.

Tədbir zamanı çıxış edən “Loqos” PNİM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri R.Həsənov Mərkəzin könüllüləri üçün yaradılan şəraitə və səmimi qarşılanmaya görə, rəhbərlik adından “Huner Group”un kollektivinə minnətdarlığını bildirib.

Tədbirin sonunda “Huner Group”un səlahiyyətli nümayəndəsi N.Paşayev gəncləri maraqlandıran sualları cavablandıraraq, onların maarifləndirilməsi və dünyagörüşünün artırılması istiqamətində təşkil olunacaq istənilən təşəbbüsə müsbət yanaşıldığını bildirib.
Xəbəri paylaş