Impera

XƏBƏR LENTİ
22:26Mehriban Əliyeva Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanış olub22:00Mehriban Əliyeva İsmayıllı rayonuna səfərə gedib21:55Prezident İlham Əliyevin tapşırığı ilə birinci vitse-prezident Şamaxıya səfər edib21:00Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub16:02Millət vəkili Aprel şəhidinin övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə edib-FOTOLAR15:55Türmə rəisinin oğlunun Londona yatırdığı milyonlar... - Abid Şərifovun nəvəsi danışdı + Ailə şirkətləri15:13Dövlət Gömrük Komitəsinin sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb14:34Donorlar qarşısında hesabatını və hesabını şişirtmə taktikası14:03Məktəblərin ətrafında piyada təhlükəsizliyinin səviyyəsi artırlır13:50AQTA-da ictimai iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndiriləməsi ilə bağlı növbəti iclas keçirilib13:33Cəmil Həsənli özünü Əli Kərimlinin vəkili qismində görür13:00Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir12:45Narkotik vasitə və psixotrop maddə aşkarlanıb12:30Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək12:00Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir11:05ABŞ ölkəmizə qarşı təzyiqləri artıra bilər10:33Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb10:00Xanımlar daha çox hansı estetik əməliyyata üstünlük verir?09:48İtmiş it 4 il sahiblərinin yolunu gözlədi - FOTO - VİDEO09:30Atəşkəs rejimi 20 dəfə pozulub09:00“Kaspersky Lab” azərbaycanlı uşaqların internet maraqlarını araşdırıb18:51Şərur Sənaye Məhəlləsi yaradılır18:28Bakıda NATO qiymətləndirilməsi təlimi - VİDEO18:05Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 2 milyon manat ayrılıb18:00“Bakcell”in əməkdaşları ofisdə müştərini döyüb15:59Yeni kartların alınmasında növbələr müşahidə edilmir15:27Gədəbəydə gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir15:06AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasına infotur keçirilib14:54“Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib14:33Mənşəyi məlum olmayan ət və ət məhsullarından istifadə edən restoranın fəaliyyəti məhdudlaşdırıldı14:20Millət vəkili fəxri diplomla təltif olunub14:15Mobil telefonların qeyri-qanuni yolla ölkəyə gətirilməsinin qarşısı alınıb14:00Özbəkistanın bu addımı təqdirəlayiqdir13:46İndoneziya nümayəndə heyəti MOK-da olub13:30Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq13:20BMT QAK Azərbaycanda qaçqın tələbələrin ali təhsil almasına kömək edir13:19AQTA ictimai iaşə müəssisələrinin sahiblərinə xəbərdarlıq etdi13:10Sabah hava necə olacaq?13:00DGK bu il dövlət büdcəsinə 500 mln. manat artıq vəsait köçürəcək12:44Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq12:38İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib12:30Bakıda mağazadan 2000 manat oğurlayan şəxs saxlanılıb12:23Prezident İlham Əliyev Suraxanı rayonunda 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub-YENİLƏNİB12:10Bölmə iclasları davam edir11:50Mehriban Əliyevanın fəaliyyətində təhsilin inkişafına dair proqramların icrası mühüm yer tutur.11:15Nazir və nazir müavinləri vətəndaşları qəbul edəcək10:50Bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədi ilə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək10:29Azərbaycan 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnikanı döyüş hazırlığı vəziyyətinə gətirdi10:15Dövlət Miqrasiya Xidmətində təlim keçirilib10:00Bu rayonların qaz təchizatında fasilə olacaq09:47Azərbaycanda mentorların hazırlanmasına başlanıldı09:20Düşmən sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub09:10Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəlinə keçəcək09:00Bir neçə kiçik müəssisənin qaz təchizati dayandırılıb08:42Yeni dərs ili ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub18:59Zakir Həsənov “TurAz Qartalı - 2019” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb - VİDEO18:38Aqrar Xidmətlər Agentliyində toxumçuluğa həsr edilmiş tədbir keçirilib18:13Azərbaycan Fransaya nota verib18:04Əhaliyə ölü heyvan əti satan mütəşəkkil dəstə saxlanılıb18:00Hansı arıçılar bal yarmarkasında iştirak edə bilər?-QAYDALAR17:47Prezident 2 milyon manat ayırdı16:44Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görüldü16:00Yetər ki, hər bir siyasi partiya "iqtidar-müxalifət dialoqları" olmadan da cəmiyyətimiz üçün faydalı işlər görsün15:33Mikro və kiçik sahibkarların əl işləri sərgidə nümayiş olunur15:20Yararsız məhsullar yandırılaraq məhv edilib14:55İşğal olunmuş ərazilərə humanitar və qeyri-səfərlər təşkil edən ölkələrə qarşı rəsmi Bakı prinsipial olmalıdır14:40Miqrasiya Xidmətindən yeni layihə14:34“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursu başa çatır14:23Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb14:16Gədəbəy və Samuxda gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək14:05Təhsil nazirinin müavini Şamaxıda vətəndaşları qəbul edəcək14:00Salyan və Tərtərin əkin sahələrində yerli və xarici pambıq sortlarının qiymətləndirilməsi aparılır13:55Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib13:38Sabah hava yağmursuz olacaq13:24Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir13:18Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Moran Agro” MMC arasında əməkdaşlıq müqaviləsi bağlanıb13:07Bəxtiyar Musayev: “Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!”12:55Siqaret qutusundan psixotrop maddə çıxdı12:47Qraciyər səssiz orqan olduğu üçün mütləq mütəmadi müayinəyə ehtiyacı var12:39Əli Həsənov AŞPA məruzəçisinin ölkəyə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib12:04“Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 59 min 419 yeni abonent qeydiyyata alınıb12:00Metronun “Xətai” stansiyası təmirdən sonra istifadəyə verilib, Prezident İlham Əliyev görülən işlərlə tanış olub11:55Prezident İlham Əliyev 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub11:44Bölmə iclaslarına start verilib11:31Avtomobil qəzası qaz xəttini zədələdi11:14"Xətai" mertostansiyası əsaslı təmirdən sonra istifadəyə verilib10:53Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilir10:00Bak ı- Horadiz qatarının hərəkətində 1 saat 10 dəqiqə ləngimə olub09:41Sabunçunun qaz təchizatı dayandırıldı09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00Şəki sakini dərmandan zəhərlənərək ölüb23:53Rusiya Azərbaycanlıları İttifaqı Qarabağ problemini Rusiya mediasının gündəminə daşıyır18:43Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib18:22Rusiya Azərbaycanlıları İttifaqının üzvü Rauf Əzizov azadlıqda17:55Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb17:46Azərbaycanın Energetika naziri OPEC-in Baş katib və rusiyalı həmkarı ilə neft bazarını müzakirə edib17:26Dövlət Gömrük Komitəsi və "Huawei Tech. Azerbaijan" MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb17:12AQTA bal yarmarkasına çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edəcək16:48Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib15:50Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı müəyyən olunub
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (330)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 

Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı

15 Fevral 2019, 22:39   
Gənclər təşkilatıları Prezidentə müraciət edir - Yaş senzi ilə bağlı


Newscenter.az.15.02.2019.
Azərbaycanda fəaliyyət göstərən bir qrup gənclər təşkilatıları “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətin mətnini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti

Zati-Aliləri cənab İlham ƏLİYEVƏ

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti

xanım Mehriban ƏLİYEVAYA

Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin sədri

cənab Oqtay ƏSƏDOVA

Möhtərəm cənab Prezident!

Bildiyimiz kimi, Azərbaycan Respublikasında gənclər siyasəti və gənclərlə iş daim dövlətin, onun ali siyasi rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli Lider Heydər Əliyev ölkə rəhbəri olduğu dövrlərdə hər zaman gəncliyi müstəqil Azərbaycanın gələcəyi adlandırmış və sağlam düşüncəli yeni nəslin yetişdirilməsini mühüm dövləti vəzifə hesab etmişdir.

Ulu Öndər bizim tərəfimizdən də ideoloji proqram kimi qəbul edilən çoxsaylı çıxışlarında dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və elmi-mədəni həyatında gənclərin hərtərəfli və fəal iştirakının təmin edilməsini vacib məsələlərdən elan etmişdir. Bu məqsədlə 1994-cü il iyulun 26-da gənclər siyasəti sahəsində mərkəzi icra strukturu olan Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərmanın imzalanması, 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin I Forumunun keçirilməsi təşəbbüsü, 1997-ci ildən ölkədə gənclər gününün təsis olunması qərarı, 1999-cu ildə gənclər siyasətinin həyata keçirilməsi haqqında fərman və tədbirlər planının təsdiqi, gənclərin mühüm ictimai-siyasi proseslərə, dövlət və idarəetmə strukturlarına fəal cəlb olunması və eləcədə gənclər siyasətinin maddi-hüquqi bazasının formalaşdırılması sahəsində atılan digər mütərəqqi addımlar Ümummilli Liderimiz tərəfindən Azərbaycan gəncliyinə edilən tarixi ərmağanlardır.

Çox hörmətli cənab Prezident!

Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə də bu ardıcıl siyasət, tarixi missiya uğurla davam etdirildi. Sizin tərəfinizdən 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzalandı, 2007-ci il "Gənclər ili" elan edildi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", “2017-2021 illərdə” Dövlət Proqramları təsdiq edildi və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ı qəbul edildi. Ən mühüm məsələlərdən biri də 19 dekabr 2011-ci il tarixində ölkədə gənclər işinin maddi bazasının artırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə verdiyiniz Sərəncam oldu. "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi, bu yaxınlarda ölkədə gənclər hərəkatının formalaşmasında və dövlətin gənclər siyasətinin həyata keçirilməsində fərqlənən aparıcı gənclət təşkilatlarının rəhbərlərini ”Tərəqqi Medalı” təltif etməyiniz yeni nəsil nümayəndələrinə və onların fəaliyyətinə olan dövlət qayğısının, dövlət rəhbərimizin xüsusi diqqətinin bariz nümunəsidir. Sizin siyasi iradəniz, hərtərəfli dəstək və qayğınız nəticəsində Azərbaycan gənclər siyasəti bir model olaraq dünya və region ölkələri tərəfindən uğurlu bir inkişaf təcrübəsi kimi qəbul edilməkdədir.

Azərbaycanda gənclər siyasətinin bir iştirakçısı dövlət qurumları olduğu halda, digər fəal tərəfdaşı da qeyri-hökumət gənclər təşkilatlarıdır ki, onlar da aparıcı, avanqard qüvvə kimi hər zaman cəmiyyətimizin, dövlətimizin inkişafında, onun haqlı, ədalətli mövqeyinin dünyaya çatdırılmasında, Sizin uğurlu daxili və xarici siyasətinizin ardıcıl müdafiəsində daim fəal rol oynamışlar və bu funksiyanı bu gündə davam etdirməkdədirlər.

Bu gün Azərbaycanda 300-dən çox yaxın gənclər təşkilatı fəaliyyət göstərir ki, onların da mütləq əksəriyyəti Sizin sadiq, təmənnasız “ictimai” əsgərləriniz sayılırlar, gənclər hərəkatının və vətəndaş cəmiyyətinin ruporu olan bu qurumlar və onların liderləri hər zaman özlərini Sizin yanınızda hesab edirlər və bundan sonrakı fəaliyyətimizlə də arxalana biləcəyiniz qüvvə olacağımıza Sizi bir daha əmin edirik.

Möhtərəm cənab Prezident!

Bildiyimiz kimi Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən 2002-ci ildə qəbul edilən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa müasir dövrün tələb və çağrışlarına uyğun bəzi əlavə və dəyişikliklərin edilməsi təklifi irəli sürülmüş və yaz sessiyası tərəfindən bu dəyişikliklər I oxunuşda qəbul edilmişdir. Bu əlavə və dəyişikliklər içərisində çoxsaylı təkliflər tərəfimizdən müsbət qiymətləndirilsə də, bizlərin – ardıcıl fəaliyyəti, Sizə və dövlətçiliyimizə sədaqəti ilə seçilən aşağıdakı aparıcı gənclər təşkilatları rəhbərlərinin ciddi narahatçılıq, narazılıq və etirazına səbəb olan bir məsələ də təəssüflər olsun ki, bu təklif olunan dəyişikliklər paketinə daxil edilmişdir.

Bizlərin haqlı etiraz və narazılığımıza səbəb olan təklif – “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsinə edilən antidemokratik, beynəlxalq təcrübəyə sığmayan “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə olan təklifdir. Bu təklif Azərbaycan Respublikası Konstitutsiyasının 58-ci maddəsinin I, II və III bəndlərinə zidd olmaqla yanaşı, ölkəmizin qoşulduğu beynəlxalq konvensiya və protokollarla və eləcədə Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunları ilə də ziddiyət təşkil edir.

Bizlərin ciddi narahatçılığına səbəb olan bu təklif təəssüflər olsun ki, əsaslı araşdırma aparılmadan, inkişaf etmiş ölkələrin təcrübələri və ən əsası Azərbaycanın fəal gənclər təşkilatlarının fikir və rəyləri öyrənilmədən hazırlanmış və Milli Məclisin plenar müzakirəsinə çıxarılmışdır. Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə Azərbaycanda çoxsaylı gənclər təşkilatları sektorunda ciddi fəaliyyət zəifliyi və xoşagəlməz nəticələr ortaya çıxa bilər ki, bu da son nəticədə Sizin prioritet elan etdiyiniz gənclər siyasətinin inkişafına mənfi təsir edə bilər.

Çox hörmətli cənab Prezident!

Siz hər zaman müdrik qərarlarınızla, uzaqgörən addımlarınızla və peşəkar fəaliyyətinizlə bizlərə həm örnək olmusunuz, həm də gənclər sektorundakı ictimai liderlərə daimi dəstək vermisiniz.

Ona görə də Sizdən xahiş edirik ki, bizlərə örnək olan siyasi iradənizi bir daha nümayiş etdirərək, gənclər təşkilatlarına və onun rəhbərlərinə dəstək olaraq öz müstəsna hüququnuzdan istifadə edib, ədalətsiz və ciddi hüquqi ziddiyət təşkil edən bu müddəanın – “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə dəyişikliyin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsindən çıxarılmasına öz köməkliyinizi əsirgəməyəsiniz.

Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə, Sizə, Azərbaycan dövlətçiliyinə sədaqət və sevgiylə, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət gənclər təşkilatları rəhbərləri:
OXŞAR MÖVZULAR