Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur

 Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur


Newscenter.az.18.02.2019. Xətai rayonu Məhəmməd Hadi küçəsindən sonra Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib.

Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənir. Asfaltlanma işləri ümumilikdə 25 min kv.m sahəni əhatə edəcək.

Yolda istiqamətləri ayırmaq məqsədi ilə eni 1 metr olan ayrıcı zolaq inşa olunur, kənarlarına isə səki daşları düzülür. Daha sonra sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq üçün ayrıcı zolaq boyu yeni işıqlandırma sistemi qurulacaq.



Xəbəri paylaş