Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövlət siyasətinin təməlində vətəndaşının rifah dayanır

Azərbaycan dövlət siyasətinin təməlində vətəndaşının rifah dayanır


Newscenter.az.20.02.2019. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezdentinin 10.02.2019-cu ildə imzalanmış Fərmanı ilə əhalini çox narahat edən və uzun illər öz həllini tapmayan yaşadığı mənzillərə çıxarışların alınması problemi öz həllini tapır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Azər Badamov səsləndirib. O. bildirib ki, yüzlərlə çox mənzilli binalarda yaşayan insanlar müəyyən səbəblər üzündən öz mənzilinə hüquqi sahib ola bilmir, nə də yaşadığı yeri üzrə qeydiyyata düşə bilmirdi:

“Bu da özündə çoxlu çətinliklər yaşadırdı və vətəndaşları daima narahat edirdi. Cənab Prezdentin müvafiq sərəncamı ilə bütün çatızmamazlıqlar həll edilərək tez bir zamanda 01.01.2019-cu ilə qədər tikilmiş və istismara hazır, yaşayışı olan bütün çoxmənzilli binaların istismara qəbul edilməsi və çıxarışların verilməsinə müvafiq qurumlara tapşırıqların verilməsi Prezdentin daima sadə insanların yanında olduğunun göstəricisidir. Qeyd etmək istəyirəm ki, son zamanlar imzalanan bütün fərman və sərəncamlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövlət siyasətinin təməlində vətəndaşının rifah dayanır”.
Xəbəri paylaş