Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rektor tələbələrlə görüşüb

Rektor tələbələrlə görüşüb


Newscenter.az.20.02.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüş təşkil olunub, həmçinin qış imtahan sessiyasında yüksək nəticələr göstərən tələbələr mükafatlandırılıb.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov tələbələri salamlayaraq, onlara yaz semestrində uğurlar arzulayıb.

Aİİ-nin təlim-tərbiyə istiqamətində mütəmadi olaraq işlər gördüyünü nəzərə çatdıranrektor İnstitutun qarşıda duran məqsədlərindən söz açaraq, gəncləri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətdə nümunə olmağa çağırıb, həmçinin ölkənin ictimai-siyasi həyatında fəal olmağı tələbələrə tövsiyə edib.

İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımların atıldığını və bundan sonra da atılacağını bildirən rektor tələbələri dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb.
Xəbəri paylaş