Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı


Newscenter.az.15.03.2019. “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə təşkil olunan “Hackathon” müsabiqəsi başa çatıb.
Newscenter.az xəbər verir ki. 11-12 mart tarixlərində keçirilən müsabiqənin qalibləri bu gün keçirilən mükafatlandırma mərasimində təltif edilib.

Müsabiqə iştirakçıları informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllər (IDS üçün skript, modul və ya proqram həlli) təqdim ediblər.
30 saat ərzində müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edib.
İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib.
Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat” kriteriləri əsasında qiymətləndirib.
Beləliklə, I yerə “CTR_BHOS”, II yerə “Hack You”, III yerə “Malware” komandaları layiq görülüb. I, II və III yerin sahiblərinə müvafiq olaraq 4000 (4 min), 2000 (2 min) və 1000 (min) AZN məbləğində pul mükafatı təqdim olunub.

Bütün iştirakçılara isə müsabiqədə iştiraka görə sertifikatlar verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” bu gün öz işini yekunlaşdırıb.
Xəbəri paylaş