Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

 “Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək


Newscenter.az.18.03.2019. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 20 mart 2019-cu il tarixindən 26 mart 2019-cu il tarixədək gücləndirilmiş iş rejimində işləyəcək.

İstehsalat Birliyindən Newscenter.az-a bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və dayanıqlı təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur.

Xəbəri paylaş