Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Vyana görüşündın sonra siyasətini 180 dərəcə dəyişib, işğalçıya qarşı təzyiq siyasətini yenidən başlamalıdır

Azərbaycan Vyana görüşündın sonra siyasətini 180 dərəcə dəyişib, işğalçıya qarşı təzyiq siyasətini yenidən başlamalıdır

Newscenter.az.27.03.2019. İşğalçı Ermənistan təxibatçı hərəkətlərini davam etdirir. Ötən gün cəbhə xəttində bir hərbiçimizin düşmən gülləsinə tuş gələrək şəhid olması bunun əyani sübutudur. Hadisənin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada baş tutacaq görüşü ərəfəsinə təsadüf etməsi bir daha sübut edir ki, İrəvan hər vəchlə danışıqlar prosesini pozmağa çalışır. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə Newscenter.az-a deyib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyanada keçiriləcək görüş öncəsi Azərbaycan ordusunun təmas xəttində şəhid verməsi birbaşa danışıqların pozulmasına, xüsusi ilə bundan sonrakı etimad mühitinin formalaşmasının qarşısının alınmasına yönəlib. Onun sözlərinə görə, bu görüş öncəsi Ermənistan ordusunun təxribatından aydın olur ki, ordu tam şəkildə Paşinyan siyasi hakimiyyətinə tabe deyil:

“Tərəflər arasında mümkün kompromis əldə olunmasına qarşı orduda müəyyən qüvvələr buna qarşı olacaq və silahlı qiyama əl atacaq, təxribatlar törədəcək. Demək, Yerevanla hazırkı situasiyada danışıqlar mənasızdı. Erməni ordusunda kök salmış Rusiya agentura şəbəkəsi belə pozuculuq fəaliyətinə əl atıb, mövcud iqtidara qarşı təzyiq edəcəklər.

Nikol Paşinyan orduda təmizlik işləri aparmadan, Qarabağdakı Kremlə bağlı Qarabağ klanının qalıqlarını təmizləmədən danışıqlarda hər hansı bir planını reallaşdıra bilməyəcək. Azərbaycan belə olan təqdirdə Yerevanla hansı danışıqlara getməlidir? Vyana görüşü sadəcə Paşinyana atəşkəsin qorunması üçün vacib görünür. Biz bu kimi danışıqlara status-kvonun qorunması üçün istifadə edilməsinə imkan verməməliyik. Vyana görüşündən münaqişənin həllinə yönələn ciddi proses nəzərə çarpmasa, bundan sonrakı danışıqlara qatılmaq vaxt uzatmaq olacaq”.

Politoloq hesab edir ki, Azərbaycan Vyana görüşündın sonra siyasətini 180 dərəcə dəyişib, işğalçıya qarşı təzyiq siyasətini yenidən başlamalıdır:

“Rusiya Qarabağda provakasiya hazırlaya bilər. Vyana görüşü ərəfəsində Rusiyaya bağlı olan erməni ordusu təxribat edərək əsgərimizi şəhid etdi. Qeyd edim ki, Rusiya Paşinyana onun iradəsindən kənar danışıqlar aparmasına imkan verməyəcək. Ona görə də biz Vyana görüşündən müsbət irəlləyiş gözləməməliyik. İlk növbədə Ermənistan tərəfi buna getməyəcək. Onlar ərazilərin boşaldılmasına hazır deyillər”
Xəbəri paylaş