Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin baş katibi Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşünü alqışlayıb

BMT-nin baş katibi Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşünü alqışlayıb


Newscenter.az.30.03.2019. BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutan ilk görüşü alqışlayır.

Newscenter.az-a təşkilatın Bakı ofisinin informasiya departamentdindən bildirilib ki. baş katib ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparlması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qarşılayır. O, həmçinin atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması,eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayır.

Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərini vacib vasitəçilik rolunu yüksək qiymətləndirir və onların davamlı səylərinə BMT-nin tam dəstəyini yenidən bəyan edir.
Xəbəri paylaş