Impera

XƏBƏR LENTİ
15:07Vətəndaşların 77.5 faizinin ölkə prezidentinə inam və etimadı yüksəkdir-VIDEO14:55Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib14:45Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək14:33Qubanın altı kəndinə qaz verilib14:19Şagirdlər yaşadıqları ərazini araşdıracaq14:07Saleh Məmmədov vətəndaşları qəbul edib13:50Prezident iki rayona yeni icra başçıları təyin etdi13:39Sabah sulu qar, qar yağacaq, güclü külək əsəcək13:25Dövlət Toxum Fondunun tabeliyində olan zavodlarda 5000 ton toxum emal olunub13:12Balakəndə narkotacir saxlanılıb13:00Ramil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edib12:48Uşaq hüquqları sahəsində innovativ proqramlar reallaşdırılacaq12:358-ci km bazarında mənşəyi məlum olmayan ət aşkarlandı12:15Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib11:43“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edib11:30Təhsil müəssisələrində yeni müsabiqə keçiriləcək11:15“XXI əsr: ailə, qadın və uşaqlarla əlaqəli psixoloji problemlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək11:09Yeni Azərbaycan Partiyasının tarixi kimi bu günü də parlaq və qürurvericidir10:56Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb10:34Almaniyada saxlanılan mühacir azərbaycanlılarla bağlı qərar açıqlandı-ŞOK DETALLAR10:05İsmayıllı rayonunda uzunluğu 15 km olan 2 yol layihəsinin icrası yekunlaşıb09:55SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:00CNG sistemləri üçün yeni qaz xətti çəkilib08:37Azərbaycan həqiqətləri dünyaya daha yaxından nümayiş etdirildi08:20Nizami rayonunda qazanxananın qazla daimi təchizatı həll edilir08:00Qarakənd faciəsindən 28 il ötür19:12Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib18:43Gündüz İsmayılov: “Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib”18:26Rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib18:01Komitə sədri vətəndaşları qəbul edib17:44Son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb17:30Azərbaycan şərabları Beynəlxalq Şərab Sərgisində nümayiş etdiriləcək17:20Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb17:10Qida məhsullarında antibiotik təhlükəsi16:48Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ16:40Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı16:31Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub16:15Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib16:09Novruz Məmmədov yeni vəzifəyə təyin olunub15:55Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat yaranıb15:45Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qalibiyyətlə qayıdıblar15:30Quşçuluqda innovativ yanaşma mövzusunda elmi-praktik seminar keçirilib15:13Qətərin Ermənistan sevgisi nədən irəli gəlir?15:05Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır14:49Miqrasiya Könüllüsü İctimai Birliyi ilə Azərbaycan Tibb Universiteti arasında anlaşma memorandumu imzalanıb14:37Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub14:20Azərbaycanda 3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edilib13:50Prezident sakinlərlə söhbət edib, onlarla selfi çəkdirib13:35Həbsdən çıxan müxalifətçi özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub13:16Sabah hava yağışlı olacaq12:54Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb12:47Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub12:39“Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək12:19Azərbaycan tədricən köhnə kartof idxal etməyəcək12:16Bakı birinciliyi uğrunda mübarizə davam edir11:50Fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilir11:40Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib11:36Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü11:25Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq11:13Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb11:00Kənd Təsərrüfatı Nazirliyi Göygöldə heyvandarlıq kompleksinin tikintisinə 13 milyon manat xərcləyəcək10:43Eyni mənzildən 3 dəfə oğurluq edildi10:31“Məktəb seminarları” başa çatıb10:11Şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb09:34Türkiyə mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı09:10Düşmən snayperlərdən mövqelərimizi atəşə tutub23:15Bakı-Sabunçu istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılacaq23:02İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb22:29Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək19:30Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb-VIDEO18:31Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək17:20Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib16:50Prezident İlham Əliyev: "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir"16:36Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub16:20Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib15:58Metropolitençilər üçün turizm zonasına tur təşkil edilib15:48Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb15:40Tofiq Yaqublu azadlığa çıxıb15:03Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Harvard Universitetinin rəsmi saytında məqaləsi dərc edilib14:45Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edəcək14:22Abşeronda evdən 53 500 manatlıq oğurluq edilib13:55Azərbaycan voleybolunun veteranı və ilk voleybol meneceri13:43AFAQ layihəsi çərçivəsində regionlarda qadın fermerlərlə görüşlər keçirilir13:31Sabah hava necə olacaq?13:18Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb13:01Müsavat Partiyasını alverçilərdən təmizləmək lazımdır12:52“Azərenerji” gənc və perspektivli kadrların yolunu açır12:40Bu ilin 10 ayında Azərbaycan iqtisadiyyatına 11 milyard manatdan çox investisiya qoyulub12:02Təhsil müəssisələrində Milli Dirçəliş Günü qeyd edilib11:50"Loqos"un təmsilçisi beynəlxalq festivalda iştirak edib11:38Kəmaləddin Heydərovun biznesində ciddi axsamalar yarandı — Bosniyada işlər yarımçıq qaldı11:27“Məktəb seminarları” davam edir11:18Keçən ay 9 mindən çox yeni abonent qeydə alınıb10:59Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib10:45Bu ilin 10 ayı ərzində 1559,8 km uzunluqda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib10:25Avtomobil qəzası zamani Qazax şəhərinin mərkəzindəki qaz xətti qırılıb10:00Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır09:35Atəşkəs rejimi 25 dəfə pozulub09:00İranda baş verəcək istənilən proses Azərbaycana təsirsiz ötüşməyəcək
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (403)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Nisan 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub

26 Aprel 2019, 09:00   
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub


Newscenter.az.26.04.2019.
Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub.

Newscenter.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasına gəldi.

Bağçanın müdiri Ellada Səlimova məktəbəqədər təhsil müəssisəsi barədə Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, bu bina 1836-cı ildə tikilib. 1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu dəfə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşdü, onlarla söhbət etdi, balacaların bacarıqları ilə maraqlandı, arzularını soruşdu. Uşaqlar da Birinci vitse-prezidentin ətrafına toplaşaraq böyük məmnuniyyətlə öz istəkləri ilə bölüşdülər, məharətlərini nümayiş etdirdilər, rəqs edib, mahnılar oxudular, şeirlər söylədilər.

Məlumat verildi ki, 75 uşaq yerlik məktəbəqədər təhsil müəssisəsində balacaların təlim-tərbiyəsi ilə 27 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Dörd qrupdan ibarət bağçada 2 yaşdan 6 yaşadək uşaqlar tərbiyə olunur və ilkin biliklərə yiyələnirlər.

Birinci vitse-prezident yuxarı yaş qrupundakı uşaqların məktəbə hazırlığı ilə də maraqlandı.

Ölkəmizdə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilib və ölkədə yeni bağçaların inşasına ehtiyac olduğu müəyyənləşdirilib. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib.

X X X

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya gəldi.

Gimnaziyanın direktoru Ənvər Mustafayev məlumat verdi ki, 1960-cı ildə istifadəyə verilən təhsil ocağı indiyədək heç vaxt əsaslı şəkildə təmir edilməyib. Əvvəllər internat tipli olan təhsil müəssisəsi 2010-cu ildən xarici dillər təmayüllü gimnaziya kimi fəaliyyət göstərir. İki korpusdan ibarət məktəbdə 50 sinif otağı, idman və akt zalları, emalatxanalar mövcuddur.

Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya bildirildi ki, gimnaziyada 5-11-ci siniflər üzrə tədris aparılır. Müəssisədə 609 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə təqribən 70 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Məktəbdə ingilis, ərəb, fars və rus dilləri tədris edilir.

Azərbaycanın Birinci vitse-prezidenti şagirdlərlə söhbət etdi, onlara dərslərində uğurlar arzulayaraq dedi:

- Sizdə təhsilə, elmə, biliyə həvəs var. Siz Azərbaycanın ümidisiniz, ona görə yaxşı oxumalısınız. Gələcəkdə Azərbaycanın qurucuları siz olacaqsınız. Bilirəm, sizin məktəbinizin hər zaman yaxşı göstəriciləri olub. Uğurlar arzulayıram. Sağ olun.

Bildirildi ki, 2017-2018-ci tədris ilində məktəbi 49 məzun bitirib və onlardan 45-i Azərbaycanın ali məktəblərinə qəbul olunub. Qəbul imtahanlarında məktəb üzrə 3 nəfər 600-dən yuxarı bal toplayıb.

X X X

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə də tanış oldu.

Məktəbin direktoru Samirə Həsənova Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verdi ki, təhsil ocağı 1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun 3-cü mərtəbəsində yerləşən məktəbdə əsasən məcburi köçkün ailələrindən olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar.

Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə səmimi söhbət etdi, onlarla şəkil çəkdirdi.

Diqqətə çatdırıldı ki, hazırda məktəbdə 170 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim, 10 texniki işçi məşğul olur. 2017-2018-ci tədris ilində məktəbi 9 məzun bitirib və onlardan 7-si yüksək nəticə göstərərək, Azərbaycanın ali məktəblərinə qəbul olunub.

Xanım Mehriban Əliyeva Xəzər rayonunda məskunlaşan məcburi köçkünlər üçün yaradılan şəraitlə maraqlandı, dövlətin bu sahəyə hər zaman xüsusi diqqət yetirdiyini bildirdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovna qəsəbəsindəki körpələr-evi uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verdi.
OXŞAR MÖVZULAR