Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belə şantajlarla Azərbaycan dövlətini yolundan döndərə bilməzsiniz

Belə şantajlarla Azərbaycan dövlətini yolundan döndərə bilməzsiniz


Newscenter.az.29.04.2019. Əli Kərimli hakimiyyəti söyüş atəşinə tutacağı ilə hədələyib. Belə ki, əgər kimlərsə Sevinc Osmanqızı haqqında söz deyəcəyi təqdirdə bundan hakimiyyətin sorumlu olacağını bildirib və hakimiyyəti təhqirlərə məruz qoyacaqlarını elan edib.

Newscenter.az-ın xəbərinə görə, AXCP sədrinin bu açıqlamasına münasibət bildirən “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov Əli Kərimlinin mövqeyini başa düşmədiyini vurğulayıb:

“Kiminsə Sevinc Osmanqızı haqqında söz deməyinin hakimiyyətlə nə əlaqəsi? Bununla xaosçular iqtidarı şantaj etmək niyyətindədirlər. Yenə deyirəm bütün bu hoqqalar iqtidarın apardığı islahatlara mane olmaq, Avropa İttifaqı ilə bağlanacaq sazişin qarşısını almaq məqsədi daşıyır. Belə şantajlarla Azərbaycan dövlətini yolundan döndərə bilməzsiniz”.
Xəbəri paylaş