Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ərazilərdə təmir və rənglənmə işləri aparılır

Bu ərazilərdə təmir və rənglənmə işləri aparılır


Newscenter.az.2.05.2019.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Qala Pirallahı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, bundan başqa Nobel prospektində üfiqi nişanlanma xətləri yenidən rənglənir.

Gecə saatlarında isə Heydər Əliyev prospektinin şəhər istiqamərtində olan hissəsində də üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarınadək davam edəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Anar
Xəbəri paylaş