Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənclər Kuboku:Aprel Zəfəri” layihəsinin final mərhələsi cəbhə bölgəsində keçiriləcək

 “Gənclər Kuboku:Aprel Zəfəri” layihəsinin final mərhələsi cəbhə bölgəsində keçiriləcək


Newscenter.az.8.05.2019. “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsinin 1/8, 1/4, yarımfinal mərhələsi başa çatıb. Newscenter.az-a bildirilib ki, layihə 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirilən idman çempionatıdır. Layihənin final və bağlanış mərasiminin Ağdam şəhərində həyata keçirilməsi planlaşdırılır.

“İrəli” İctimai Birliyinin “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub. Ağdam şəhərində layihənin final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçılarının Ağdam şəhərində yerləşən N saylı hərbi hissəyə gedərək vətən keşiyində duran əsgərlərlə görüşü baş tutacaq. Hərbi hissədə əsgərlərlə görüşdükdən sonra layihənin bağlanış mərasiminin Ağdam rayon Mədəniyyət Evində baş tutması planlaşdırılır.

Tədbirdə dövlət rəsmiləri, Aprel qazilərinin iştirakı nəzərdə tutulub. “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Xəbəri paylaş