Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Narkotik vasitə və psixotrop maddə aşkarlanıb


Newscenter.az.8.05.2019. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Newscenter.az-a Komitədən bildirilib ki, şəxsi yoxlama zamanı onun üzərində gömrük nəzarətindən gizlədilmiş, şəffaf rəngli sellofana bükülü 3 ədəd bağlama aşkarlanıb. Həmin bağlamalara baxış zamanı 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 22 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 70 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin və 1 ədəd bağlamada isə qablaşdırılması ilə birlikdə çəkisi 77 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar olunub.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.


Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş