Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Heydər Əliyev və Dövlət Təhlükəsizlik Orqanları” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev və Dövlət Təhlükəsizlik Orqanları” mövzusunda tədbir keçirilib


Newscenter.az.9.05.2019. Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbdə “Heydər Əliyev və Dövlət Təhlükəsizlik Orqanları” mövzusunda tədbir keçirilib.

Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Milli Məclisin deputatı Dilarə Cəbrayılova iştirak edib.

Tədbiri giriş sözü ilə açan D.Cəbrayılova Ulu öndərin həyat və ictimai fəaliyyətindən ətraflı danışdıqdan sonra sözü Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Tuncay Məmmədova verib T.Məmmədov dahi şəxsiyyət H.Əliyevin Dövlət Təhlükəsizlik Xidmətindəki fəaliyyətindən, dövlət təhlükəsizliyi orqanlarında işləməyin ən şərəfli iş olmasında ətraflı danışbı. Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov öz çıxışında müasir Azərbaycanın qurucusu Ulu öndər H.Əliyevin təhlükəsizlik xidmətində çalışdığı zamanlarda vətənimiz, millətimiz üçün gördüyü misilsiz işlərdən, vətəndaş müharibəsi astanasında olan Azərbaycanda qardaş qırğının qarşısının alınmasında Ulu öndərin göstərdiyi cəsarətdən, azərbaycançılıq, dövlətçilik ənənəsini yaradan, yaşadan dahi şəxsiyyətin siyasi fəaliyyətindən, gənclərə verdiyi önəmdən söz açdı, ölkə rəhbəri İlham Əliyev cənabların Ulu öndərin siyasi kursunu uğurla, xalqına güvənərək şərəflə, ləyaqətlə apardığından, bu istiqamətdə xalğımızın Prezidente necə dayaq, dəstək olmağından danışıb.
Xəbəri paylaş