Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aprel zəfərinə həsr olunan layihə başa çatıb

Aprel zəfərinə həsr olunan layihə başa çatıb


Newscenter.az.13.05.2019.
“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsi başa çatıb. Layihənin bağlanış mərasimi Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.

Newscenter.az xəbər verir ki, “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, “İrəli” komandası, üzvləri və layihə iştirakçıları Ağdam rayonunda yerləşən “Şəhidlər” abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub. Daha sonra layihəsinin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilib. Layihənin final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçılarının Ağdamdakı N saylı hərbi hissədə şəxsi heyətlə görüşləri baş tutub.

Hərbi hissədə əsgərlərlə görüşdən sonra Ağdam rayon Mədəniyyət Evində layihənin bağlanış mərasimi keçirilib.

Tədbirin sonunda “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunublar.
Xəbəri paylaş