Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanın Azərbaycandakı səfiri Fuad Muradovla görüşüb

Hindistanın Azərbaycandakı səfiri Fuad Muradovla görüşüb


Newscenter.az.14.05.2019. Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, səfir səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib.

Görüşdə xaricdə yaşayan azərbaycanlılar və ölkəmizin diaspor siyasəti barədə məlumat verilib, diasporla əlaqələrin möhkəmləndirilməsi, informasiya siyasəti, diaspor təşkilatlarının fəaliyyəti, azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfir Bavitlunq Vanlalvavna Fuad Muradovun Milli Məclisin üzvü olarkən Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olduğunu xatırladıb, eyni zamanda ölkələrimiz arasında dostluq münasibətlərinin uzun tarixə malik olduğunu diqqətə çatdırıb..

Görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.
Vaqif
Hindistanın Azərbaycandakı səfiri Fuad Muradovla görüşüb
Xəbəri paylaş