Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərtər və Goranboy rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Tərtər və Goranboy rayonlarında vətəndaşların qəbulu keçiriləcək


Newscenter.az.15.05.2019.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov may ayının 24-də Tərtər rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Goranboy rayonunda vətəndaşları qəbul edəcəklər. Agentlikdən Newscenter.az-a bildirilib ki, Saleh Məmmədovun qəbulu Tərtər rayonu, Tərtər İdman və Gənclər mərkəzində saat 10:00-da keçiriləcək. Qəbulda Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Goranboy rayonu, Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Goranboy rayonunun sakinləri iştira edə bilərlər.

Qəbullar zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.
Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Xəbəri paylaş