Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstandakı mer seçkiləri ilə bağlı sorğu keçirilib

Gürcüstandakı mer seçkiləri ilə bağlı sorğu keçirilib


Newscenter.az.16.05.2019
. Avrasiya İnformasiya Agentliyi (avrasiya.net) mayın 19-da Gürcüstanın Marneuli rayonunda baş tutacaq növbədənkənar mer seçkilərində merliyə namizəd olan azərbaycanlıların şanslarının qiymətləndirilməsi ilə bağlı oxucuları arasında keçirdiyi sorğuya yekun vurub.

Qeyd edək ki, sorğu bir ay (15.04.-15.05.2019-cu il) müddətində aparılıb və hər oxucu yalnız bir səs verib. Ümumilikdə hər üç namizədə 1892 səs verilib.

Newscenter.az xəbər verir ki, sorğunun nəticələrinə əsasən, respondentlər ən çox səsi hakim “Gürcü Arzusu” Partiyasından namizəd olan Zaur Darğallıya veriblər - 1236 səs (65,33%).

Sonrakı yerləri “Vahid Milli Hərəkat” partiyasının namizədi Aqil Mustafayev 238 səs (12,58%), müstəqil namizəd Əli Bədirov 217 səs (11,47%) və “Avropalı Gürcüstan” Partiyasından namizəd olan Əhməd İmamquliyev 201 səs (10,62%) toplayıblar.
Xəbəri paylaş