Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub


Newscenter.az.17.05.2019. 16 və 17 may tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib. Newscenter.az–a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, seminar-müşavirədə dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Şöbə müdiri qeyd edib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı təmsil etdiyi qurumun dini dəyərlərin təbliğatı istiqamətində həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. Görülən işlərin milli-mənəvi və islami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Xurafatın bütün cəmiyyət üçün təhlükəli olduğunu qeyd edən sədrin birinci müavini dini radikalizmə qarşı mübarizədə mühüm vasitə olan dini maarifləndirmə prosesində cəmiyyətin bütün təbəqələrinin fəal olmalarının zəruriliyinə toxunub.
Xəbəri paylaş