Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cocuq Mərcanlıdan dünyaya ünvanlanmış çox mükəmməl bir mesaj

Cocuq Mərcanlıdan dünyaya ünvanlanmış çox mükəmməl bir mesaj


Newscenter.az.20.05.2019. “UEFA Avropa Liqası kubokunun Avropanın siyasi paytaxtı sayılan Cenevrədən yola çıxaraq müxtəlif ölkələrin ərazisindən keçib Azərbaycana gəlməsi və sonda isə bu böyük marşrutun Qələbə simvolumuz sayılan Cocuq Mərcanlıda yekunlaşması əslində bütün dünyaya ünvanlanmış çox mükəmməl bir mesajdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, təşkilatçılar bu ideyanı çox gözəl fikirləşiblər:

“Afərin. Azərbaycan həqiqətlərini və Qarabağ dərdimizi dünyanın diqqətinə daha yaxşı çatdıra bilmək üçün piarın bax bu cür effektiv üsullarından istifadə etməyimizin tam zamanıdır”.
Inqilab
Xəbəri paylaş