Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulur

Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulur


Newscenter.az.20.05.2019.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir. Agentlikdən Newscenter.az-a bildirilib ki, bu çərçivədə Xətai rayonu ərazisində Neapol küçəsindən sonra Səməd bəy Mehmandarov küçəsi də yenidən qurulur.

Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib, hamarlayıcı qat asfalt-beton örtüyü döşənib.
Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb.

Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtyü döşənir. Asfaltlanma işləri ümumilikdə 65 min kv.m sahəni əhatə edəcək.
Anar
Xəbəri paylaş