Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abituriyentlərlə görüş keçirilib

Abituriyentlərlə görüş keçirilib


Newscenter.az.29.05.2019. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Şirvan rayonuna olub.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Şirvan Gənclər Evində təşkil olunan görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Hüseynov Adəm çıxış edərək, ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına xüsusi diqqətindən, bu istiqamətdə həyata keçirilən işlərdən danışıb. Qeyd edib ki, gənclərimizə elm, bilik, təhsil verməklə yanaşı, milli dəyərləri onlara uşaq yaşlarından təlqin etməli, bu məsələdə ailənin və məktəbin rolunu gücləndirməliyik. A.Hüseynov ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsilin davamlı inkişafına, istedadlı gənclərin yetişdirilməsinə yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini bildirib.

Aİİ rektoru Ceyhun Məmmədov İnstitutun məqsədləri, fəaliyyət istiqamətləri və hədəfləri barədə məlumat verib. Rektor İnstitutda maarifləndirmə işinə xüsusi əhəmiyyət verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, “dəyirmi masa”ların təşkil edildiyini söyləyib. Bildirib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir. Ali tədris müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan C.Məmmədov dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını bildirib. Təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin apardığı dövlət siyasətinin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılı.
Xəbəri paylaş