Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moskvada kütləvi iftar süfrəsi təşkil edilib

Moskvada kütləvi iftar süfrəsi təşkil edilib


Newscenter.az.29.05.2019. Moskvanın Azərbaycan İcması Rusiyanın paytaxtı Moskvada kütləvi iftar süfrəsi təşkil edib. Newscenter.az-a daxil olan məlumata görə, iftar süfrəsində Azərbaycan diasporunun, Rusiya Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri, ilahiyyatçılar və Moskvada fəaliyyət göstərn digər millətlərin təmsilçiləri də iştirak ediblər.

28 May Respublika gününə həsr olunan iftar süfrəsində Moskvanın Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyev qonaqlara Azərbaycanın müstəqillik tarixindən məlumat verərək, şərqdə, məhz, ilk demokratik Respublikanın ölkəmiz tərəfindən yaradıldığını bildirib: Azərbaycandan kənarda yaşasaq da milli adət və ənənələrimizə sadiqik”.

Tədbirdə çıkış edən «Əhli Beyt» cəmiyyətinin sədri Nizami Baloğlanov isə Ramazan ayının fəzilətlərinin qeyd edərək, Vətəni sevməyin imandan olduğunu deyib.

Tədbir Azərbaycan mətbəxinin təamları ilə iftar süfrəsi ilə başa çatıb.
Xəbəri paylaş