Impera

XƏBƏR LENTİ
16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi11:38“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək11:14Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər10:39“Azəriqaz” payız-qış mövsümünə hazırlığa start verib10:27Müəllim və valideynlərin müraciətləri dinləniləcək10:06Bu rayonlarda qaz olmayacaq10:00Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub09:20Düşmən müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub09:00Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib08:30Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb22:00İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"20:30Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib19:41Azərbaycan Rusiyaya nota verib17:15“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib-FOTOLAR16:52Türkiyə nümayəndə heyəti “ASAN xidmət”də16:14Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü15:33“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib15:19Yük qatarı sərnişini vurdu14:58Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb14:47Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı14:35“Azəriqaz” İB iddialara aydınləq gətirdi14:25Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək14:06"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub13:53Rəcəb Tayyib Ərdoğan: ""Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik"13:10Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələcək hədəflərini açıqlayıb13:00Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub12:41Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:23Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb12:03Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün11:30Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb11:15Bakıda 10 məktəb direktoru işdən çıxarılıb11:05Bu yollarda rəngləmə işləri aparılacaq11:00Özbəkistanla turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb10:40AQTA bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi10:12Energetika naziri vətəndaşları qəbul edib09:42Bu rayonlara qaz fasilə ilə veriləcək09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir22:00Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür21:30Məktəblilər qida təhlükəsizliyi barədə maarifləndirilir21:00Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir20:15Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər19:40“Kaspersky Lab” şirkəti Azərbaycanla bağlı geniş təqdimat keçirəcək19:12Bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib18:35Valdaydan sonra, sərt Aşqabad silləsi18:02Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib17:55Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edəcək17:44Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.17:21Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib16:40DGK:"Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib16:31Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib16:25“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib16:06Rusiya Azərbaycanlıları İttifaqı: "Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdü"16:00Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb15:53Respublikada tütün və şəkər çuğuduru yığımı davam edir15:46Ərdoğan Azərbaycana gəlib15:34Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək15:25Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub15:06Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək14:36“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri14:17Özbəkistan prezidenti Azərbaycana səfərə gəlib13:19Sabah hava necə olacaq?13:00Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb12:44Bu ərazilərdə rəngləmə işləri aparılacaq12:35Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu olub12:20AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub12:00Təhsil müəssisələrində öyrədici seminarlar keçirilir11:55Diplomatik korpusun rəhbərləri yarmarkasına gedəcək11:43Azərbaycan komandası Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb11:30Türk Şurasına sədrlik Azərbaycana keçib11:13Bu ərazilərə qaz fasilə ilə veriləcək10:41Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir?10:00Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib09:43Azərbaycan-İran sərhədində insident baş verib, 1 sərhədçi bıçaqlanıb09:29Atəşkəs rejimi 22 dəfə pozulub08:21Tramp Nobel mükafatı ala bilərmi?08:00Akademik Vasim Məmmədəliyev vəfat edib22:29Ruslan Vəliyev: "Azərbaycan Dövlət Aqrar Universiteti sürətlə inkişaf edir"22:12Türkiyə Ordusu Resulayn şəhərini terrorçulardan təmizləyib21:52Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatıb21:00Ağstafada mikroavtobus aşıb, xəsarət alanlar var20:27Ermənilər arxayındırlar ki, Azərbaycan tərəfi bəyanat verməkdən o tərəfə başqa heç bir real addım atmayacaq18:36Qazıntı işləri 4 kəndi qazsız qoydu17:09“Şəhərdən Kəndə” layihəsi çərçivəsində diplomatik korpus nümayəndələri üçün “Nar vadisi” aqroturu təşkil olunub-FOTOLAR16:43Yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilir16:30Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib16:07Prezident bu icra başçısı ilə bağlı sərəncam verdi15:34Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisində
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (392)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan Dövlət Aqrar Universitetində "Məzun-2019" yarmarkası keçirilib-FOTOLAR

01 İyun 2019, 18:46   
Azərbaycan Dövlət Aqrar Universitetində "Məzun-2019" yarmarkası keçirilib-FOTOLAR


Newscenter.az.1.06.2019. Azərbaycan Dövlət Aqrar Universitetində Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilib. ADAU-nun Mühəndislik fakültəsində keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi dəstək, dövlət sifarişli ixtisaslar, aparıcı şirkətlərlə əlaqələr, məzunların işlə təmin olunma səviyyəsi barədə məlumat verib. İbrahim Cəfərov mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin mübadilə proqramları çərçivəsində xarici universitetlərə göndərildiyini, müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Bu gün aqrar sahə özünün ən inkişaf etmiş, ən uğurlu mərhələsini yaşayır. Aqrar sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritetini təşkil edir. Bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın ən inkişaf etmiş, ən uğurlu universitetlərindən biridir. Universitetin güclü maddi-texniki bazası, ən müasir yataqxanaları, tədris korpusları var. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi davam edir. Hesab edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yetişdirdiyi hər bir tələbə gələcəyin uğurlu kadrı olacaq”.

Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aqrar sahənin sürətli inkişafından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı aqrar siyasətin ilbəil daha böyük uğurlarla yadda qalmasından söz açıb. Məzunlara uğur arzulayan icra başçısı vurğulayıb ki, aqrar sahənin inkişafı həm də ADAU-da hazırlanan kadrların yüksək təhsili ilə bağlıdır.
Azərbaycan Dövlət Aqrar Universitetində "Məzun-2019" yarmarkası keçirilib-FOTOLAR

Daha sonra “Gilan” şirkətinin Kənd Təsərrüfatı Qrupu İnsan Resursları Departamentinin direktoru Emil Hüseynov, “Azərsun Holdinq”in Kənd Təsərrüfatı və emalı müəssisəsinin insan resurslarının müdiri Yaşar Savadov yarmarkada təqdim olunan iş yerləri barədə məlumat verib, tələbələri öz karyeralarını qurmaq üçün təqdim olunan iş imkanlarından yararlanmağa çağırıb.

ADAU-nun aqronomluq fakultəsinin məzunu Nurlan Qədirov, baytarlıq fakultəsinin məzunu Zöhrə Babayeva, magistratura pilləsinin məzunu Fərid Alməmmədov təhsil müəssisəsində yaradılan şəraitdən söz açıb, keyfiyyətli təhsil və tədrisə görə minnətdarlıqlarını ifadə ediblər.

Təhsili müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikatlar və hədiyyələr təqdim edilib.

Rəsmi hissədən sonra nazir İnam Kərimov məzunlarla xatirə şəkli çəkdirib.

Tədbir çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov yarmarkaya dəvət olunan şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşdə aqrar sahədə peşəkar mütəxəssislərə olan ehtiyacın ADAU məzunları hesabına ödənilməsi, məzunlara təqdim edilən vakant iş yerləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra nazir ADAU İnnovasiya Mərkəzində olub, Mərkəzin üzvləri həyata keçirdikləri innovativ təşəbbüslərlə bağlı təqdimatlar ediblər. Nazir həmçinin, Məzun Yarmakasının gedişi ilə tanış olub. Bildirilib ki, Məzun Yarmarkasında 44 rayondan 151 müəssisə iştirak edib və məzunlara 1124 iş yeri təklif edilib. Ümumilikdə bu il Azərbaycan Dövlət Aqrar Universitetindən 1170 nəfər məzun olacaq. Onların 772 nəfəri əyani, 226 nəfəri qiyabi təhsil almış tələbələrdir. Bundan başqa, 2018/2019 tədris ilində 172 tələbə magistr pilləsində təhsili başa vurub.
Azərbaycan Dövlət Aqrar Universitetində "Məzun-2019" yarmarkası keçirilib-FOTOLAR

Nazir İnam Kərimov ADAU-nun 2 saylı yataqxanasının zalında Aqrar İnkişaf Könüllüləri ilə də görüşüb. Könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edən nazir bildirib ki, bu fəaliyyət bilik və bacarıqların təkmilləşməsində mühüm rol oynayır. Könüllülük fəaliyyətinin daha da genişlənməsinin zəruriliyini önə çəkən nazir Aqrar İnkişaf Könüllülərinin təşəbbüslərinə hər zaman dəstək veriləcəyini bildirib.

Tədbirdə çıxış edən Aqrar İnkişaf Könüllülərinin nümayəndələri verilən dəstəyə görə təşəkkür edib, həyata keçirdikləri layihələr barədə məlumat veriblər. Könüllülər aqrar təhsil, könüllülük fəaliyyəti, mübadilə proqramlarında iştirakla bağlı təkliflər irəli sürüblər. Təkliflər qeydiyyata alınıb, layihələrin müzakirəsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sonda nazir İnam Kərimov ADAU Aqrar İnkişaf Könüllüləri ilə xatirə fotosu çəkdirib.
Orxan
OXŞAR MÖVZULAR