Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir


Newscenter.az.7.06.2019. Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

Bu barədə Newscenter.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədilə Bakıdan və Gəncədən iyunun 18-dən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdirilir.

Qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq. Gəncədən qatar saat 18:00-da yola düşəcək, Bakıya saat 22:15-də çatacaq.
Xəbəri paylaş