Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay “Azərişıq”la bağlı 30 minə qədər müraciət daxil olub

Keçən ay “Azərişıq”la bağlı 30 minə qədər müraciət daxil olub


Newscenter.az.7.06.2019
. May ayında “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 424 sahibkar müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Səhmdar Cəmiyyətin mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, sahibkarların müraciətlərinin sayında ciddi artım müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərman imzalaması və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilməsi kifayət qədər ciddi islahat sayılır. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, “Azərişıq” ASC-nin elektron xəritəsinin “ASAN xidmət”in işinə inteqrasiya edilməsi və nəhayət müraciətlərin elektron qaydada qəbul olunması da müsbət mənada öz rolunu oynayıb.

Bununla yanaşı, apreldə 4355 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib.

Ümumilikdə isə may ayı ərzində “Azərişıq” ASC-yə göstərdiyi 15 xidmət üzrə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 30 minə qədər müraciət daxil olub.
Xəbəri paylaş