Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sarsılmaz qardaşlıq-2019” təlimində mədəni-kütləvi tədbirlər keçirilib

“Sarsılmaz qardaşlıq-2019” təlimində mədəni-kütləvi tədbirlər keçirilib


Newscenter.az.7.06.2019. “Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkili məqsədilə mədəni-kütləvi tədbirlər keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təşkil olunan Ramazan bayramı süfrəsində Türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində hərbçilərimizlə birlikdə nahar ediblər. Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz da iştirak edib.

Mədəni tədbirlərin davamı kimi hər iki ölkənin hərbi qulluqçuları arasında “Qardaşlıq qazansın” devizi altında mini futbol yarışı keçirilib. Hər iki komanda yüksək fiziki hazırlıq və futbol ustalığı nümayiş etdirib.
Xəbəri paylaş