Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvana uçan tıəyyarə Lənkərana eniş etdi

Naxçıvana uçan tıəyyarə Lənkərana eniş etdi


Newscenter.az.8.06.2019. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə Lənkərana eniş edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb.

Bildirilir ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.

Təyyarə 17:00-da Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb.
Xəbəri paylaş