Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abonentlərin sayı 2 226 675-ə çatıb

Abonentlərin sayı 2 226 675-ə çatıb


Newscenter.az.10.06.2019. 2019-cu ilin yanvar-may ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 43 153 yeni abonent qeydiyyata alınıb ki, bunun da 21 240-ı Bakı, Abşeron və Sumqayıt, 21 913-ü isə regionlar üzrədir.

Newscenter.az-a İstehsalat Birliyindən daxil olan məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 226 675-ə çatıb.
Xəbəri paylaş