Impera

XƏBƏR LENTİ
11:20Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi11:00İnam Kərimov İsmayıllıda vətəndaşları qəbul edəcək10:30Xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir08:30800 yerlik müasir yataqxana kompleksi tikilib14:30Tanınmış aktrisa barəsində həbs qərarı çıxarıldı14:06İyunun 22-də “Açıq qapı” günü keçiriləcək14:03338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib13:42Türkiyəli hərbçilərin təntənəli yola salınması mərasimi keçirilib-VIDEO13:13Həbsxana satışa çıxarıldı12:53Bu yollarda rəngləmə işləri aparılacaq12:45300 məktəbə yeni direktor təyin edilib12:40“Virtual Qarabağ” IKT Gənclər ictimai birliyi və Google şirkətinin Google Mədəniyyət İnstitutu tərəfdaş oldu12:30Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib12:25“Carlsberg Azerbaijan” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşılıqlı anlaşma haqqında memorandum imzaladı12:192018-2019-cu tədris ilində 8553 müəllim işə götürülüb, 300 məktəbə yeni direktor təyin edilib12:06“MicroPlus” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının hesablanması üzrə rəsmi tərəfdaşı seçildi11:55165 mindən çox uşaq birinci sinfə gedib11:30AQTA enerji içkiləriiləbağlı qaydaları müəyyənləşdirdi11:17“Türk Hava Yolları” yeni istiqamətlərə uçuşlar həyata keçirəcək11:00Fuad Muradovun Baltikyanı ölkələrə səfəri başa çatıb10:55Böyük Britaniya dərgisində azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında məqalə dərc edilib10:30Aytən Səfərova xəsarət yetirdiyi xəstəyə barışıq təklif edib10:13Fransadan Azərbaycanın xeyrinə daha bir ədalətli qərar09:55Qax və Balakən rayonlarında vətəndaşların qəbulu keçiriləcək09:432018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 514 şagird bitirir09:25Düşmən 19 dəfə atəşkəsi pozub09:02Nazirdən məzunlara təbrik mesajı15:51“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib15:29Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilir14:5715 iyundan başlanan yol14:15Bakıda dağlıq ərazidə yanğın başlayıb14:00BŞTİ-nin tabeliyində 318 məktəb fəaliyyət göstərir13:40“Tullantılara ikinci həyat” - maarifləndirici tədbirlər keçirilir13:3150 minə yaxın müraciət daxil olub13:11Hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən təxribatı uğursuzluqla nəticələnib - VİDEO13:00Ola bilsin Sevinc Osmanqızı ilə İkram Rəhimovun və digər “reket” jurnalistlərin media fəaliyyətlərinin təməl prinsipləri arasında mühüm oxşarlıqlar var12:54“Kaspersky Lab”: istifadəçilərin yalnız 28%-isənədlərinin təhlükəsizliyini yoxlayır və lazımi dəyişikliklər edir12:49“Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb12:22Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?10:14Paytaxt təhsili 2018-2019-cu tədris ilini uğurla başa vurur10:00Energetika Nazirliyinin rəhbərliyi şimal zonasında vətəndaşları qəbul edəcək09:50AMEA-nın əməkdaşları üçün tikilən mənzillər kimlərə satılıb?09:37Atəşkəs rejimi 15 dəfə pozulub09:00Fuad Muradov Latviyaya səfər edib08:50Doğum günün mübarək olsun, ŞƏHİD!08:43Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi08:30Türkiyəli hərbçilər üçün mədəni-kütləvi tədbirlər keçirilib18:05Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib17:39Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib17:10AzTU Elmi Şurasının növbəti iclası keçirilib16:41Yevlaxda “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirili16:35Murad Köhnəqala həbs edilib16:26“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib16:10Komitə rəhbərliyi vətəndaşları qəbul edib16:00Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib15:46Bu günə qədər 235159 hektar sahədə taxıl biçini aparılıb15:35Kommunal xidmətlərə qoşulmaya dair sahibkarların sualları cavablandırılıb15:11Naftalanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır14:51Energetika naziri Pərviz Şahbazov Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib14:45“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 135836 istehlakçıya xidmət edib14:30Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb13:52Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar konfransı və sərgisi keçirilir13:27Bu günə qədər gümçülər 313,13 ton yaş barama təhvil veriblər13:10Bu yollarda diqqətli olmaq tövsiyə edilir12:50Qəbələdə Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib12:43“Təhsil Liqası”na yekun vurulub12:30Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb12:12Millət vəkili Eldəniz Səlimov seçicilərlə görüşüb12:05İngilis Dili Olimpiadası başa çatıb12:00Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur11:54Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb11:35Bərdədə pambıqçılıqla məşğul olan fermerlərlə görüş keçirilib11:08Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib11:00Gənc bioloqların yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib10:51Prezident İlham Əliyev təmir və bərpa olunan “Yanardağ” qoruğunun açılışında iştirak edib10:20Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb09:49Düşmən ərazilərimizə 8 mərmi atlb09:00Komitə sədri vətəndaşları qəbul edib08:39Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib17:432019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub17:00Dövlət qurumlarının əməkdaşları üçün “Məlumat əsaslı idarəçilik” təliminə start verilib16:1218-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” sərgilərinin açılışı olub15:52“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı Əlaqələndirmə Komissiyasının son toplantısı keçirilib15:40Beynəlxalq turnirin çempionları bəlli olub15:20Bakıda III Milli Mühasiblər Forumu keçiriləcək15:03Yeni vaqonlar artıq Bakıdadır14:50Daha 18 sahibkar və menecer Almaniyada ixtisasartırma kursuna göndərilib14:22Sabah 40 dərəcə isti olacaq13:45Tovuzun daha bir yaşayış məntəqəsi qazlaşdırılır13:27“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir13:17Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib13:00Aİİ rektoru tələbə və valideynlərə müraciət etdi12:45Heydər Əliyev sözün əsl mənasında Azərbaycanın xilaskarı oldu.12:03Mini-futbol çempionatı başa çatıb11:55Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı gücü 1276 MVt-dır11:45Təhsil nazirin müavini videoqəbul keçirəcək11:30O cəmiyyətlərdə ki din gəlir, pul mənbəyinə çevrilib.....11:24Gədəbəydə 22.2 km. uzunluğa malik avtomobil yolları yenidən qurulur11:14Müsabiqə-konfransın qalibləri mükafatlandırılıb10:56Beynəlxalq Enerji Xartiyası Forumunda Azərbaycan da təmsil olunacaq
BÜTÜN XƏBƏRLƏR
İyun 2019 (312)
May 2019 (846)
Aprel 2019 (647)
Mart 2019 (323)
Fevral 2019 (329)
Yanvar 2019 (397)

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Tovuz rayonunda özbaşınalıq baş alıb gedir - Qarabağ qazisi prezidentə müraciət etdi

10 in 2019, 11:51   
Tovuz rayonunda özbaşınalıq baş alıb gedir - Qarabağ qazisi prezidentə müraciət etdi


Newscenter.az.10.06.2019. Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ qazisi Abdullayev Elbrus Sakit oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktubla müraciət edib. AFN Qarabağ əlilinin müraciətini olduğu kimi dərc edir:

Cənab Prezident! 1996-cı ildə həqiqi hərbi xidmət zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən quraşdırılmış minaya düşərək sol baldırımın 1/3-ni itirmişəm. Hazırda II qrup Qarabağ qazisi kimi Sizin tanıdığınız imtiyazlardan istifadə etməklə bərabər, biz qazilərə göstərdiyiniz qayğıdan yararlanıram. 3 övladım və yaşlı ata-anamla Tovuz rayonu Vahidli kəndində 2 otaqlı mənzildə yaşayıram. Mənzil şəraitimin yaxşılaşdırılması üçün fərdi ev tikintisi növbəsinə durmaq məqsədilə 2014-cü ildə Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Lazım olan bütün sənədlər təqdim edilib, lakin bu günə qədər adım növbəyə yazılan Qarabağ qazilərinin siyahısında yoxdur. Rayon İH deyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizdən siyahı istəməlidir, nazirlik isə deyir ki, siyahını RİH göndərməlidir. Beləcə ötür-ötür oyunu quraraq illərdir məni süründürürlər.

Möhtərəm Prezident! Tovuz rayonunda özbaşınalıq, laqeydlik hökm sürür. Mən bunu tam məsuliyyətimlə deyirəm, çünki özüm də bu vəziyyətin qurbanına çevrilmişəm. Bizim kəndimizdə torpaq islahatları aparılan zaman qanun pozuntularına yol verildiyi üçün islahatların nəticəsi ləğv edilib. Kənd əhalisi suvarılan və suvarılmayan sahələri qarşılıqlı razılaşma əsasında bölərək istifadə edir. Mənim atam Abdullayev Sakit də özünün və ayrı təsərrüfat olduğum üçün mənim də payıma düşən 60 sot ərazidən həmkəndlimiz Məmmədov Mayıl Ənvər oğlunun müvəqqəti istifadə etməsi üçün razılıq verdi. Təxminən 18 ilə yaxın bir müddət ərzində M.Məmmədov ərazidən istifadə etdi, suvarılan sahə olduğu üçün orda gah taxıl əkdi, gah yonca, gah da biçənək kimi istifadə etdi. Qeyd edim ki, M.Məmmədovun heyvanı yoxdur. Orda becərdiyi taxılı da, yonca və otu da satır. Ərazini başqa kəndin adamlarına icarəyə verir. Və bütün bunlardan dövlətə bir qəpik vergi ödəmir. Biz isə bu 18 ildə kəndin suvarılmayan ərazilərindən ot biçməklə mal-heyvanımızın qışlığını təmin etmişik. Hazırda atam yaşlandığı üçün mənə bu işlərdə köməyi dəymir, mənim isə ayağımın protez olması səbəbindən əmək qabiliyyətim tam deyil. Bütün bunlar ailəmizin həmin əraziyə ehtiyacını gündəmə gətirdi. Bir neçə il M.Məmmədova ərazini xoşluqla bizə qaytarmasını təklif etdik, lakin qulaqardına vurdu, hər dəfə bir bəhanə ilə növbəti ilə saxladı.
Tovuz rayonunda özbaşınalıq baş alıb gedir - Qarabağ qazisi prezidentə müraciət etdi

Bu il isə mən xüsusi razılıq almadan öz payımıza düşəndən də az – cəmi 48 sot - ərazini suvarıb biçinə hazırladım. Lakin M.Məmmədov oranı mənə xoşluqla verməyəcəyini dedi. Halbuki o 48 sotu çıxdıqdan sonra ona 1 hektar 30 sotdan çox yer qalırdı. İyun ayının 3-də Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbulunda oldum və həm mənzil növbəsi, həm də yaranmış torpaq mübahisəsi ilə bağlı məlumat verib məsələnin həll olunmasını xahiş etdim. M.Məmmədov hər iki məsələ haqda müvafiq şəxslərə göstəriş verdi. Mənzil məsələsi birinci müavin Rəşad Zeynalova, yaranmış torpaq mübahisəsi isə başmının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımova həvalə edildi. Biz artıq məsələnin obyektiv həll olunacağına ümid edərkən, dost-tanış N.Qasımovla Mayıl Məmmədovun dost olduqlarını dedi və prosesin əksinə olacağını bildirdi. Təəssüf ki, elə də oldu. Rayon rəhbərliyi “dovşana qaç, tazıya tut” prinsipi ilə hərəkət edərək məni qəbuldan arxayın yola salıb, o tərəfdən Mayıl Məmmədova “get ərazini biç” göstərişi verib. Qəbuldan 1 gün sonra yazdan bəri suvarıb yetirdiyim biçənək Mayıl Məmmədov tərəfindən biçilərək yenidən mənimsənildi. N.Qasımov bacımla telefon danışığında deyib ki, Mayıl Məmmədov sənin qardaşının əlilliyinin saxta olduğunu deyir. Belə çıxır ki, dövlət məmuru 23 ildir dövlətin Qarabağ əlili kimi tanıdığı, qayğı göstərdiyi, şəxsən sizin sərəncamlarınızla avtomobillə, sosial qayğılarla təmin edilən bir adama atılan iftiraya əsaslanıb onun haqqını tapdalamağı asan iş bilir. Bu, həmin Niftalı Qasımovdur ki, vaxtilə rayonda İslahat komissiyasının sədr müavini olub. Həmkəndlim M.Məmmədov yazı-pozu bacardığı, indiyə qədər kənddə, rayonda vəzifə tutan adamlar haqda mərkəzə çoxlu şikayətlər ünvanladığı üçün görünür, N.Qasımov da İslahat komissiyasına olarkən yol verdiyi pozuntuların üstünün açılacağından qorxur və ona görə də onun haqsız mövqeyini müdafiə edir. Çox təəssüflə qeyd edim ki, rayon rəhbərliyi də diqqətinə çatdırılmasına baxmayaraq, bütün bunlara göz yumur.

Mən dünyanın gəlişindən-gedişindən az-çox başı çıxan bir adam kimi deyirəm: bunun yeganə adı təxribatdır! Ölkədə Qarabağ əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına diqqətin, qayğının artdığı bir vaxtda bu cür hadisələrin baş verməsi ancaq və ancaq təxribatdır, dövləti və hakimiyyəti gözdən salmaqdır. Mənim atam da Qarabağ müharibəsi veteranıdır. Müharibə başlayanda müəllimliyini atıb Vətənin keşiyində dayanıb. Evin tək oğlu ola-ola öz xahişimlə ordu sıralarına qoşulmuşam. Bizim kimi insanların hesabına qızğın döyüşlərin getməsinə baxmayaraq, düşmən Tovuz rayonundan bir qarış torpaq ala bilməyib. İndi belə çıxır ki, bizim qanımız tökülən torpağa haqqımız çatmır.

Cənab Prezident! Bizim ümidimiz yenə sizədir. Əminik ki, məsələ diqqətinizə çatsa obyektiv araşdırılmasına göstəriş verəcəksiniz. Əks halda, ailəmi də götürüb ölkədən getməkdən başqa çarəm qalmır.

AFN.AZ
OXŞAR MÖVZULAR