Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tovuzun daha bir yaşayış məntəqəsi qazlaşdırılır

Tovuzun daha bir yaşayış məntəqəsi qazlaşdırılır


Newscenter.az.11.06.2019. Hazırda Tovuzun Yuxarı Öysüzlü kəndində yeni massivin qazlaşdırılması uğurla icra edilir.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyndən verilən məlumata görə, tərtib edilmiş layihəyə uyğun olaraq,yeni massivin mavi yanacaqla təmin olunması məqsədi ilə ümumi uzunluğu 13 min 200 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi və 104 evdə sayğac eləcə də fərdi tənzimləyici quraşdırılması nəzərdə tutulur.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Artıq görüləcək işlərin 80 faizi yerinə yetirilib, tezliklə ərazinin qazlaşdırılması tam yekunlaşacaq.Qeyd olunan yaşayış məntəqəsinə təbii qazın çəkilişi əhalinin sosial rifahının yaxşılaşdırılmasına və ekologiyanın qorunmasına xidmət edəcək
Xəbəri paylaş