Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ərazilərdə diqqət olmaq lazımdır

Bu ərazilərdə diqqət olmaq lazımdır


Newscenter.az.18.06.2019. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Sabunçu rayonu Zabrat-Maştağa-Buzovna avtomobil yolunda üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, analoji işlər Nərimanov rayonu Həsən Əliyev küçəsində axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Anar
Xəbəri paylaş