Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya könüllüləri Azərbaycan Hərb Tarixi Muzeyində olublar



Newscenter.az. 25.06.2019. 26 iyun –Silahlı Qüvvələrin 101-ci il dönümü ilə əlaqədar 28 könüllü Azərbaycan Hərb Tarixi Muzeyində olub.

Newscenter.az xəbər verir ki, gənclər açıq səma altında qoşun növləri üzrə texnikadan ibarət ekspozisiyaya baxıblar. Onlara Azərbaycan tarixinin müxtəlif mərhələləri və ordumuzun malik olduğu hərbi texnika, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, məhz 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra muzeyin eksponatları artırılıb, fondu zənginləşdirilib.

Daxili ekspozisiyada Heydər Əliyev və Silahlı Qüvvələr quruculuğu zalları, nadir eksponat və sənədlərlə də tanışlıq olub. Azərbaycan Hərb Tarixi Muzeyi Miqrasiya könüllülərində xoş təəssürat yaradıb.
Xəbəri paylaş