Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkə üzrə taxıl sahələrinin 80,2 faizində biçin başa çatıb



Newscenter.az.4.07.2019. Respublikada taxıl biçini davam edir. İyunun 4-dək ölkə üzrə taxıl sahələrinin 80,2 faizində biçin başa çatıb. Ümumilikdə 813812,2 hektar ərazidə biçin aparılıb, 2614756,7 ton taxıl yığılıb.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ölkə üzrə orta məhsuldarlıq 32,1 sentner/hektar təşkil edir. Hazırda biçin prosesinə 1424 kombayn cəlb olunub. Bunlardan 639 kombayn "Aqrolizinq"in balansında olan kombaynlardır, biçində iştirak edən 785 kombayn isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Taxıl biçininin optimal müddətdə başa çatacağı nəzərdə tutulur.
Orxan
Xəbəri paylaş