Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTu-nun mətbuat katibi vəzifəsindən ayrıldı



Newscenter.az.5.07.2019. Azərbaycan Texniki Universitetin mətbuat katibi Nicat Abdullayev vəzifəsindən ayrılıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Nicat Abdullayev özü verib.

O, bildirib ki, bundan sonra fəaliyyətini jurnalistika sahəısində davam etdirəcək:

"Əziz dostlar, bu gündən etibarən Azərbaycan Texniki Universitetindəki işimdən ayrıldım. Geridə qoyduğum 3 ildən artıq müddətdə, həm PR, həm də ali təhsil sahəsində biliklərimi artırdım. Texniki yönümlü olmasına rəğmən, AzTU, bu işdə mənim üçün bir məktəb oldu.
Universitet rəhbərliyinə və kollektivə təşəkkür edirəm. Fəaliyyətimi jurnalistikanın başqa bir sahəsində - TED.az-da davam etdirəcəm.
Hər kəsə uğurlar".
Xəbəri paylaş