Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jurnalistlər arasında "Əkinçi kuboku" keçirilir



Newscenter.az.6.07.2019. “Azfar Group”un təşkilati dəstəyi, 4çarx Təkər Mərkəzinin təşkilatçılığı, “Mammedoff Group”un baş sposorluğu, İrşad Elektroniksin sposorluğu ilə Jurnalistləri arasında mini-futbol üzrə “I Əkinçi Kuboku” turniri püşk atma mərasimi keçirilib. 12 komadanın iştiarkı ilə keçirilən turnir olimpiya sistemi üzrə keçiriləcək. Newscenter.az xəbər verir ki, ilk turda 6 oyun baş tutacaq. Bu turun qaliblər növbət mərhələyə vəsiqə qazanacaqlar.

"Əkinçi" qəzetinin yaradılmasının 144 illiyinə həsr olunmuş layihənin əsas məqsəd, jurnalistlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, jurnalistlərin asudə vaxtlarını səmərəli keçirməsi və sağlam bədəndə sağlam ruh prinsipi və jurnalistlər arasında xoş ünsiyyətin yaradılmasıdır.

Qeyd edək ki, oyunlar “Azfar Group”un stadionlarında keçilir. Maçtlar səhər saat 10:00-da start götürəcək. Qarşılaşmaları AFFA-nın referləri idarə edəcək. Tamaşçı qismində iştirak etmək istəyənlər stadiona təşrif buyura bilərlər.
Xəbəri paylaş