Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı



Newscenter.az.15.07.2019. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gəncə şəhərindəXocalı və Kəlbəcər rayonundan olan 600 məcburi köçkün ailəsinin məskunlaşdığı qəsəbənin telefonlaşdırılması başa çatdırılıb.

Newscenter.az-a nazirlikdən bildirilib ki, Gəncədə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 448 nömrə tutumuna və 256 internet portuna malik ONU (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi)tipli avadanlıq quraşdırılıb. 2130 metr fiber–optik kabel çəkilərək birləşdirici xəttin tikintisi həyata keçirilib, daxili xətt şəbəkəsinin qurulması üçün müxtəlif tutumlu 9318 metr kabel çəkilib.

Qəsəbədə 227ədəd rabitə dirəkləri basdırılıb, 60 ədəd kabel meydançası və 60 ədəd abonent qutusu, eyni zamanda 600 metr uzunluğunda qazıntı işləri aparılaraq 2 kanallı kabel-kanalizasiya qurğusu tikilib istifadəyə verilib.

3280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri başa çatdırılıb. Yeni abunəçilərin internetə qoşulması üçün müasir avadanlıq istismara verilib. Bununla da, qəsəbə sakinlərinin rabitə xidmətlərinə olan tələbatı təmin edilib.

Bundan sonra da telefonlaşmayan ərazilərdə bu kimi layihələrin həyata keçirilməsi istiqamətində planlı işlər davam etdiriləcək.

Xəbəri paylaş