Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir



Newscenter.az.16.07.2019. "Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Sərbəst bazar iqtisadiyyatında bu mümkün də deyil. Amma apardığımız müşahidələr, araşdırmalarımız, fermerlərlə söhbətlərdən çıxan nəticələri Sizlərlə bölüşməyi özümə borc bilirəm".

Newscenter.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov səsləndirib. O, qeyd edib
indiyədək sahələrdən əksər hallarda istixana üsulu ilə yetişdirilmiş məhsul yığılıb:

"Yəni bazarlarda olan bostan-tərəvəz məhsullarının böyük bir qismi istixana məhsullarıdır. Açıq sahə məhsullarının kütləvi yığımı havaların yağıntılı keçməsi ilə əlaqədar hələ başlamayıb. Bir neçə müddətdir xüsusilə Qərb bölgəsində, Şimal rayonlarımızda yağıntıların davam etməsi açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə fermer məhsulu yığaraq bazara çıxara bilmir".

Vüqar Hüseynov bildirib ki, yağıntıların azalması ilə məhsulun kütləvi yığımına başlanacaq. Bazarda məhsulun bollaşması ilə qısa müddətdə qiymətlərin ucuzlaşacağı gözlənilir:

"Bu ilk hal deyil, yay mövsümündə qiymətlərdə hava şəraiti ilə əlaqədar enib-qalxmalar əvvəllər də qeydə alınıb. Yəni, yağıntılarla əlaqədar pomidor gec yetişib, məhsul yğımı azalıb, lakin hava şəraiti normallaşan kimi qısa müddətdə bazarda bolluq yaranıb və qiymətlər ucuzlaşıb".
Orxan
Xəbəri paylaş