Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın bağlanış mərasiminə daşımalar ekspres xətt avtobusları ilə təşkil ediləcək



Newscenter.az.26.07.2019
. “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi 19-29 iyul tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək. Agentlikdən Newscenter.az-a bildirilib ki, nəqliyyat planına uyğun olaraq iyulun 19-dan festivalda iştirak edəcək atletlərin, komanda üzvlərinin və qonaqların müəyyən olunmuş obyektlər üzrə daşınması davam etdirilir.

İyulun 27-i saat 17:30-dan isə açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalı istiqamətində ekspres marşrut xətti üzrə daşımalara başlanılacaq. Artıq X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsində və Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası ətrafında hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, festivalla bağlı nəqliyyat əməliyyatlarının icrasına Bakı Nəqliyyat Agentliyinin 100 nəfərdən artıq əməkdaşı cəlb edilib.
Xəbəri paylaş